Postxronika.az Reuters informasiya agentliyinə istinadən xəbər verir ki, İslandiya ABŞ prezidenti Donald Trampın sosial şəbəkədə paylaşdığı xəritə ilə bağlı ABŞ səfirini Xarici İşlər Nazirliyinə çağırıb.
Paylaşılmış xəritədə ABŞ bayrağı Kanada, Qrenlandiya, İslandiya, Meksika, Mərkəzi Amerika və Karib hövzəsinin üzərində təsvir olunub.
İslandiyanın Xarici İşlər Nazirliyi paylaşımı “tamamilə yersiz” adlandırıb.
Atabəy Abbaszadə