Postxronika.az Reuters informasiya agentliyinə istinadən xəbər verir ki, İsrail Böyük Britaniya, Fransa və Kanadanın İordan çayının qərb sahilindəki yəhudi yaşayış məntəqələrindən idxala qadağa tətbiq etməsindən sonra Britaniyanın Şərqi Qüdsdəki konsulluğunu bağlamaq qərarına gəlib.
İsrailin qərarı Qərb ölkələri ilə münasibətlərdə yaranan diplomatik gərginliyin daha da dərinləşdiyini göstərir.
Atabəy Abbaszadə