Böyük Britaniyada hava hərəkətinə nəzarət sistemində yaranan texniki nasazlıq səbəbindən minlərlə uçuşun ləğv edilməsindən sonra çərşənbə günü də gecikmələrin davam edəcəyi gözlənilir.

Postxronika.az BBC-yə istinadən xəbər verir ki, “Cirium” şirkətinin məlumatına görə, çərşənbə axşamı 1750-dən çox, çərşənbə günü isə daha 153 uçuş ləğv edilib. Nasazlıq on minlərlə sərnişinə təsir göstərib.

Hava hərəkətinə nəzarət xidmətini həyata keçirən “Nats” problemin texniki nasazlıqdan qaynaqlandığını bildirib. Şirkət nasazlığın aradan qaldırılmasının gözləniləndən uzun çəkdiyini açıqlayıb və tam araşdırma aparılacağını bildirib.

Nəqliyyat naziri Heidi Alexander “Nats”ın rəhbəri Martin Rolfu çərşənbə günü görüşə çağırıb. Rolf nasazlığa görə üzr istəyib.

Problemin yaratdığı məhdudiyyətlər səbəbindən bəzi təyyarələrin enişinə də icazə verilməyib. “EasyJet” 200, “British Airways” isə 100-dən çox uçuşu ləğv edib. Nasazlıq İrlandiyadakı hava limanlarında da problemlərə səbəb olub.


Rəşad Hüseynov