Böyük Britaniya işğal altındakı İordan çayının qərb sahilində yerləşən İsrail yaşayış məntəqələrindən idxalı qadağan etmək qərarına gəlib.
Postxronika.az BBC-yə istinadən xəbər verir ki, Xarici işlər naziri Ed Miliband qərarı İcmalar Palatasında Baş nazir Endi Börnemin iştirakı ilə açıqlayıb. Bu addım Böyük Britaniyanın Fələstin dövlətini rəsmən tanımasından təxminən bir il sonraya təsadüf edib.
Miliband bildirib ki, Britaniyanın təsir imkanları var və baş verənlərə qarşı passiv mövqe tutmaq düzgün deyil. Onun sözlərinə görə, görülən tədbirlər iki dövlətli həllə nail olmaq siyasətinin davamıdır.
Britaniya hökuməti son aylarda məsələ ilə bağlı diplomatik səylər göstərib. Məlumata görə, Fransa və Kanada da daxil olmaqla daha 11 ölkə eyni yanaşmanı dəstəkləyir.
Britaniya hesab edir ki, koordinasiyalı beynəlxalq fəaliyyət tədbirlərin təsirini artırmaq və mümkün əks-reaksiyaların qarşısını almaq baxımından əhəmiyyətlidir.
Rəşad Hüseynov