OpenAI yeni süni intellekt modeli və minlərlə Sİ agentindən istifadə etməklə, onilliklərdir həll olunmamış mürəkkəb riyaziyyat məsələsini 88 saata həll etdiyini açıqlayıb.
Postxronika.az xəbər verir ki, şirkət təxminən 10 min Sİ agentini səfərbər edərək mayelərin hərəkətini təsvir edən Navier-Stoks tənlikləri ilə bağlı məsələni həll edib.
OpenAI bunu Sİ alətlərinin sürətlə inkişaf etdiyini göstərən mühüm mərhələ kimi qiymətləndirib. Bununla belə, təqdim olunan həll hələ müstəqil şəkildə təsdiqlənməyib və Kley Riyaziyyat İnstitutu tərəfindən rəsmən qəbul edilməyib.
Nyu-York Universitetinin professoru Tristan Bakmaster isə bildirib ki, o və “Anthropic” şirkətində çalışan riyaziyyatçı Levent Alpöge də həmin məsələ üzərində işləyiblər. Bakmaster sentyabrın 3-də işlərinin gedişi barədə məlumatın OpenAI-a ötürüldüyünü öyrəndiyini qeyd edib.
Rəşad Hüseynov