Ermənistanın Baş naziri Nikol Paşinyan Fransaya ikigünlük işgüzar səfərə yola düşüb.
Postxronika.az xəbər verir ki, bu barədə hökumət başçısının mətbuat katibi Melaniya Arutyunyan məlumat yayıb.
Onun sözlərinə görə, Paşinyan Parisdə Beynəlxalq Kosmik Sammitdə iştirak edəcək. Səfər çərçivəsində Fransa Prezidenti Emmanuel Makronla görüşü də planlaşdırılıb.
Paşinyanın Fransaya prezident təyyarəsi ilə deyil, adi reyslə yola düşdüyü bildirilir.
Beynəlxalq Kosmik Sammit sentyabrın 9-10-da Parisdə keçiriləcək. Tədbirdə 120-dən çox ölkədən nümayəndə heyətlərinin iştirakı gözlənilir.
Rəşad Hüseynov