Türkiyənin Şanlıurfa vilayətinin Bozova rayonunda yüngül kommersiya avtomobili ilə yük maşınının toqquşması nəticəsində eyni ailənin dörd üzvü həyatını itirib, iki nəfər xəsarət alıb.
Postxronika.az TRT Haber-ə istinadən xəbər verir ki, qəza Yeşilova məhəlləsi yaxınlığında baş verib. Levent Çerçinin idarə etdiyi avtomobil Mehmet Görün idarə etdiyi yük maşınına arxadan çırpılıb.
Hadisə yerinə tibbi yardım və polis qrupları cəlb olunub.
Qəza nəticəsində avtomobilin sürücüsü Levent Çerçi, həyat yoldaşı Fatma, övladları Mustafa və Büşra Çerçi ölüb. Xəsarət alan iki nəfər xəstəxanaya yerləşdirilib.
Mələksima Əhmədova