İran İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) Hörmüz boğazında ABŞ-yə məxsus iki gəmi, səkkiz tanker və digər 10 gəminin hədəfə alındığını açıqlayıb.

Postxronika.az TRT Haber-ə istinadən xəbər verir ki, bu barədə İİKK-nın İctimaiyyətlə Əlaqələr İdarəsi yazılı bəyanat yayıb.

Bəyanatda qeyd olunub ki, ABŞ-nin Fars körfəzində beş İran tankerinə hücumuna cavab olaraq əməliyyat keçirilib. İİKK iki ABŞ gəmisinin və səkkiz tankerin hədəfə alınaraq ciddi ziyan gördüyünü bildirib.

Həmçinin ABŞ hərbçilərinin dəstəyi ilə Hörmüz boğazındakı “qadağan olunmuş zona”dan keçməyə cəhd edən 10 gəminin də hədəfə alındığı açıqlanıb.

İİKK Hörmüz boğazına nəzarət və müşahidə fəaliyyətlərinin özünün Hərbi Dəniz Qüvvələrinin nəzarətində olduğunu vurğulayıb.

Mələksima Əhmədova