Yunanıstanın Krit adasının Xanya şəhərində oteldə qalan britaniyalı turist ağcaqanad sancmalarına görə oteli tərk edərək ödədiyi məbləğin geri qaytarılmasını tələb edib.
Postxronika.az TRT Haber-ə istinadən xəbər verir ki, turist ayağındakı ağcaqanad dişləmələrinin şəkillərini səlahiyyətli şəxslərə göndərib və vəziyyətin onda psixoloji gərginlik yaratdığını, tətilini korladığını bildirib.
Britaniyalı turist yerləşmə xərclərinin tam və ya qismən geri qaytarılmasını tələb edib. O, bununla yanaşı, oteli tərk edərək pulun geri ödənilməsi üçün rəsmi müraciət edib.
Krit bölgəsinin müşaviri bu tələbi yerli mətbuata açıqlamasında qeyri-adi hal kimi qiymətləndirib.
Mələksima Əhmədova