Almaniya kansleri Fridrix Merts ABŞ Prezidenti Donald Trampla bu günə planlaşdırılan telefon danışığını ləğv edib.
Postxronika.az Report-a istinadən xəbər verir ki, qərar Trampın regional seçkilərdə ifrat sağçı “Almaniya üçün Alternativ” (AfD) partiyasının uğurunu açıq şəkildə alqışlamasından bir neçə saat sonra qəbul edilib.
Mertsin nümayəndəsi telefon danışığının ləğv edilməsinin səbəbini açıqlamayıb. Bunun kanslerin iş qrafikindəki dəyişikliklərlə əlaqəli olmadığı bildirilib.
AFP-nin məlumatına görə, Mertsin mətbuat katibi də Trampın açıqlamalarını birbaşa şərh etməyib və danışığın ləğvi ilə ABŞ Prezidentinin bəyanatları arasında əlaqənin olub-olmadığı barədə suala cavab verməyib.
Mələksima Əhmədova