ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə həftənin əvvəlində “əla” telefon danışığı apardığını və onun Ukraynadakı müharibəyə son qoymaq üçün razılaşma əldə etmək istədiyini bildirib.
Postxronika.az "Reuters"ə istinadən xəbər verir ki, Tramp Putinlə yanaşı, Ukrayna Prezidenti Volodimir Zelenskinin də razılaşma əldə etmək istəməsinin “çox yaxşı” olacağını deyib.
Trampın Putinlə çərşənbə axşamı baş tutan telefon danışığı ABŞ-nin xüsusi elçisi Stiv Vitkoff və Trampın kürəkəni Cared Kuşnerin Moskva və Kiyevə səfərindən qısa müddət sonraya təsadüf edib. Onlar müharibənin başa çatdırılması ilə bağlı mümkün təklifləri müzakirə ediblər.
Ötən ay MKİ direktoru Con Retkliff Moskvada kəşfiyyat rəsmiləri ilə görüşüb. Görüşün məqsədlərindən biri Rusiya rəsmilərini müharibəyə son qoymağa təşviq etmək olub.
Bununla belə, ABŞ, Ukrayna və Avropadakı kəşfiyyat rəsmiləri Putinin müharibəni bitirməkdə ciddi maraqlı olduğuna şübhə ilə yanaşırlar.
Rəşad Hüseynov