Livanın şimal sahillərində batan qayıqdan xilas edilən 21 suriyalı miqrant Suriya hakimiyyət orqanlarına təhvil verilib.

Postxronika.az xəbər verir ki, sentyabrın 8-də Livan Hərbi Dəniz Qüvvələri Tripoli limanı yaxınlığında yanaraq batan qayıqdan 21 Suriya vətəndaşını xilas edib.

Məlumata görə, onlar qanunsuz yolla Kiprə getməyə çalışıblar. Qayıqda olan insanların dəqiq sayı hələ müəyyən edilməyib.

Xilas edilənlər “Əl-Əridə” sərhəd-keçid məntəqəsində Suriya tərəfinə təhvil verilib. Üç nəfər ağır yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

Livan sahillərində axtarış-xilasetmə əməliyyatı davam edir.