İran Fars körfəzinin təhlükəsizliyinin sahilyanı ölkələrlə əməkdaşlıq çərçivəsində təmin edilməsi prinsipinə sadiq olduğunu açıqlayıb.
Postxronika.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda qeyd olunub.
Bəyanatda bildirilib ki, regionda qeyri-sabitlik İranın mövcudluğu ilə deyil, ABŞ və İsrailin hərbi təcavüzləri ilə bağlıdır.
XİN həmçinin İranın Yəmənin daxili işlərinə müdaxilə etdiyi barədə iddiaları rədd edib.