Türkiyə ilə ABŞ arasındakı ittifaqın heç vaxt indiki qədər güclü olmadığı bildirilib.
Postxronika.az xəbər verir ki, bunu ABŞ-nin Suriya üzrə xüsusi nümayəndəsi və Ankaradakı səfiri Tom Barrak Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşünə dair “X” sosial şəbəkəsindəki paylaşımında qeyd edib.
Barrak bildirib ki, ABŞ-nin 250-ci ildönümünün qeyd edildiyi və Türkiyə ilə diplomatik münasibətlərin bir əsrinə doğru irəliləndiyi bir vaxtda iki ölkəni NATO müttəfiqliyi, iqtisadi tərəfdaşlıq və uzunmüddətli dostluq əlaqələri birləşdirir.
O, Ərdoğanla görüş zamanı regional təhlükəsizlik, iqtisadi əməkdaşlıq və iki ölkə arasındakı davamlı tərəfdaşlığa dair ortaq sadiqliyin bir daha təsdiqləndiyini vurğulayıb.