Rusiya Prezidenti Vladimir Putin sentyabrın 11-dən 13-dək BRICS sammitində iştirak etmək üçün Hindistana səfər edəcək.
Postxronika.az tass-a istinadən xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin sentyabrın 11-dən 13-dək BRICS sammitində iştirak etmək üçün Hindistana səfər edəcək. Kremlin köməkçisi Yuri Uşakov bildirib ki, 18-ci BRICS sammiti Hindistanın paytaxtı Yeni Dehlidə keçiriləcək.
Uşakovun sözlərinə görə, Putin işgüzar səfər çərçivəsində BRICS sammitində iştirak edəcək. Rusiya liderinin Hindistana bu axşam yola düşəcəyi bildirilib. Səfər zamanı Putinin sammit çərçivəsində digər ölkələrin liderləri ilə görüşlər keçirəcəyi gözlənilir.
Nuray Qafarzadə