İranla müttəfiq olan husilər Yəmənin Moha liman şəhərinə nəzarəti ələ keçirərək Qırmızı dəniz sahili boyunca strateji adalara doğru irəliləyiblər.

Postxronika.az Reuters-ə istinadən xəbər verir ki , husilərin Bab əl-Məndəb boğazına nəzarət imkanlarını artırması Səudiyyə Ərəbistanının neft ixracına təhlükə yaradır.

Husilərin Haniş adalarına çatdığı bildirilir. Səudiyyə Ərəbistanı İranla münaqişə səbəbindən Hörmüz boğazında yaranan məhdudiyyətlər fonunda neft ixracında Qırmızı dəniz marşrutundan daha çox istifadə edir. Husilər isə əməliyyatların Yəmənə qarşı hücumlar dayandırıldıqdan sonra sona çatacağını bildiriblər.

Nuray Qafarzadə