"Azərbaycanın 36.6%-i, yəni üçdəbirindən də çox hissəsi bundan sonrakı dövrdə iqlim dəyişmələrindən əziyyət çəkəcək".
Postxronika.az Oxu.az-a istinadən xəbər verir ki, bu fikirləri Milli Aviasiya Akademiyasının Aviasiya Meteorologiyası kafedrasının dosenti, coğrafiya elmləri üzrə fəlsəfə doktoru Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində keçirilən dəyirmi masada deyib.
O bildirib ki, Kür-Araz ərazilərində subasmalar sürətlə artacaq:
"Abşeron yarımadasında da bu proseslər davam edəcək. Dolu, ildırım prosesləri, ekstremal atmosfer yağıntıları artacaq. Növbəti 5 il ərzində bu prosesi biz daha aktiv şəkildə görə bilərik. 2024-cü ildə bir dəfə ekstremal yağıntılar baş vermişdisə, bu il artıq 3 dəfə Abşeron yarımadasında ekstremal yağıntılar təkrarlanıb. Bu, sürətlə artacaq. Abşeron yarımadasında subasma problemi artıq göz qabağındadır. Dağlıq ərazilərdə daha çox daşqın prosesləri baş verəcək".