Hindistanın Baş naziri Narendra Modi və Rusiya Prezidenti Vladimir Putin Yeni Dehlidə danışıqlara başlayıblar.

Postxronika.az Reuters-ə istinadən xəbər verir ki, iki həftə ərzində baş tutan bu görüşdə ticarət, enerji və müdafiə sahəsindəki əlaqələrin müzakirə olunacağı gözlənilir.

Tərəflərin mülki nüvə enerjisi, gübrə istehsalı, kritik minerallar və dəmir yolları sahələrində əməkdaşlığı genişləndirməsi nəzərdə tutulur.

Xatırladaq ki, avqustun 31-də Bişkekdə keçirilən sammitdə Modi bəşəriyyət naminə Ukraynadakı müharibəyə son qoyulmasının vacibliyini bildirmişdi.

Qərbin sanksiyalarına baxmayaraq, Hindistan böyük əhalisinin təhlükəsiz və etibarlı enerji təchizatına ehtiyacı olduğunu əsas gətirərək Rusiya neftinin əsas alıcılarından biri olaraq qalır.

Mələksima Əhmədova