Belarus Prezidenti Aleksandr Lukaşenko Minsk ilə Vaşinqton arasında müxtəlif sahələrdə münasibətlərin bərpası məsələsini müzakirə etməyə hazır olduğunu açıqlayıb.

Postxronika.az TASS-a istinadən xəbər verir ki, dövlət başçısı ABŞ ilə səfirliklərin fəaliyyətinin bərpası, nüvə materialları və kalium gübrələrinin tədarükü kimi məsələlərdə əməkdaşlıq etməyə açıq olduqlarını vurğulayıb.

Siyasətçi açıq şəkildə "trampist" olduğunu və Donald Trampı dəstəklədiyini bildirərək, onun siyasətindəki səhvləri də gördüyünü qeyd edib.

Xatırladaq ki, daha əvvəl ABŞ-ın Belarus üzrə xüsusi nümayəndəsi Lukaşenko ilə danışıqlar aparmaq üçün Minskə səfərlər etmişdi.

Mələksima Əhmədova