Sentyabrın 13-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu, əsasən yağmursuz hava şəraitinin hökm sürəcəyi gözlənilir. Paytaxtda cənub-şərq küləyi əsəcək, temperatur gecə 17-21, gündüz isə 26-30 dərəcə isti olacaq.

Postxronika.az xəbər verir ki, respublikanın digər bölgələrində də əsasən yağmursuz hava üstünlük təşkil edəcək, lakin gündüz bəzi məntəqələrdə arabir yağıntı düşəcəyi ehtimal olunur. Xüsusilə cənub-şərq rayonlarında və dağlıq zonalarda qısamüddətli leysan, şimşək və dolu ehtimalı var, səhər saatlarında isə duman müşahidə olunacaq. Bölgələrdə havanın temperaturu gecə 16-20, gündüz isə 28-33 dərəcə isti təşkil edəcək.