Azərbaycanın 16 yaşadək oğlan basketbolçulardan ibarət yığması Türkiyənin Yalova şəhərində təşkil olunan "EVOQ Challenge Cup Pre Season Yalova" mövsümöncəsi yarışında uğurla çıxış edib. Komanda qrup mərhələsindəki hər üç matçda — "Viktor Sanikidze Academy" (94:43), "Bakırköy Kartaltepe" (65:54) və "Eskişehir Gelişim Falcons" (54:53) klubları üzərində qələbə qazanaraq finala yüksəlib.

Postxronika.az xəbər verir ki, Azərbaycan Basketbol Federasiyasının məlumatına əsasən, həlledici qarşılaşmada "Konya Diltaş Basketbol" kollektivi ilə qarşılaşan gənc idmançılarımız gərgin mübarizə şəraitində keçən matçda rəqibinə 69:73 hesabı ilə məğlub olublar. Bununla da təmsilçilərimiz beynəlxalq hazırlıq turnirini gümüş medalla başa vurublar.