ABŞ-nin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin xəbərdarlığından sonra Delaver ştatı ağcaqanad vasitəsilə yayılan təhlükəli xəstəliklərlə mübarizədə "gözətçi toyuqlar" üsuluna üstünlük verib. Virus daşıya bilsələr də, xəstəliyi ətrafa yaymayan bu quşlar ştatın iyirmi məntəqəsində yerləşdirilərək aktivliyi əvvəlcədən aşkar etməyə imkan yaradır.

Postxronika.az xəbər verir ki, uçub gedən həşəratlardan fərqli olaraq toyuqlar yoluxma mənbəyini dəqiq göstərir və səlahiyyətlilərə tədbirləri məhz həmin ərazilərə yönəltməyə kömək edir. Qanlarında antikorların əmələ gəlməsi bir həftə çəksə də, bu ənənəvi üsul virus aktivliyinin vaxtında aşkarlanmasında mühüm rol oynayır. Eyni zamanda, onilliklər ərzində bu quşlardan toplanan tarixi məlumatlar alimlərə gələcək epidemiyaları proqnozlaşdırmaq üçün xüsusi rəqəmsal modellər hazırlamağa imkan verir.

Mələksima Əhmədova