AK Partiyanın Baş katibi və İzmir millət vəkili Eyüp Kadir İnan 12 sentyabr 1980-ci il hərbi çevrilişinin 46-cı ildönümü ilə bağlı sosial media hesabında sərt açıqlamalar yayımlayıb.
Postxronika.az xəbər verir ki, dövləti şəxsi mülki, vətəndaşların iradəsini isə sadə bir təfərrüat kimi görənlərin bu əməlinin heç bir hüquqi əsası olmadığını vurğulayan siyasətçi həmin qanlı tarixi demokratiyaya qarşı yönəlmiş ən ağır hücumlardan biri kimi qiymətləndirib.
İqtidar partiyasının rəsmisi ölkədə seçilmiş iradənin qorunması və demokratiyanın inkişafı istiqamətində Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə mühüm addımların atıldığını bildirib.
12 sentyabr 2010-cu ildə xalqın təsdiqi ilə çevriliş təşkilatçılarının cəzasız qalmasına imkan verən müddətin ləğv olunduğunu xatırladan İnan, 15 iyul hadisələrinin milli iradənin heç bir silah gücü ilə ram edilə bilməyəcəyini bütün dünyaya sübut etdiyini qeyd edib.
O, gələcək nəsillərə güclü təsisatlara və hüququn aliliyinə əsaslanan bir ölkə miras qoymaq əzmində olduqlarını vurğulayaraq, həmin dövrün əzab-əziyyətini yaşamış hər kəsə hörmətini ifadə edib.
Mələksima Əhmədova