Anthropic şirkəti tarixdə ən böyük ilkin ictimai təklifə (IPO) çevrilə biləcək birja çıxışı çərçivəsində Nvidia-nı əsas investor kimi cəlb etmək üçün danışıqlar aparır.

Postxronika.az Reuters-ə istinadən xəbər verir ki, süni intellekt şirkəti IPO vasitəsilə 100 milyard dollara qədər vəsait cəlb etməyi və təxminən 2 trilyon dollar dəyərində qiymətləndirilməyi hədəfləyir.

Məlumata görə, Nvidia bu təklifə 10 milyard dollara qədər sərmayə yatırmağı nəzərdən keçirir.Tərəflər arasında müzakirələr davam edir və planlar dəyişə bilər.Danışıqların məxfi olması səbəbindən mənbələr adlarının açıqlanmasını istəməyib.

Nuray Qafarzadə