Bir sıra BRICS ölkələri Rusiya ilə oxşar mövqeyə malikdir və Avropa ölkələrinin rəhbərlərinin yol verdiyi səhvləri anlayır.
Postxronika.az TASS-a istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov Birinci Kanalına açıqlamasında deyib.
Peskov bildirib ki, BRICS ölkələrinin hamısı Rusiyanın mövqeyini tam şəkildə bölüşməsə də, onların bir çoxunun dünyagörüşü Moskvaya yaxındır.
O qeyd edib ki, ayrı-ayrı dövlətlərin yanaşmalarında müəyyən fərqlər ola bilər, lakin əsas məsələ Rusiya Prezidenti Vladimir Putinin baxışıdır.
Nuray Qafarzadə