Zaporojye Atom Elektrik Stansiyasının (ZAES) direktoru Yuri Çerniçuk Kiyev rejiminin stansiya əməkdaşlarını və onların ailələrini hədəf aldığını bildirib.

Postxronika.az xəbər verir ki, altı aydan artıqdır Ukrayna tərəfinin işçilər üçün dözülməz şərait yaratmağa çalışdığını deyən direktor, onların ərazini tərk etməyə məcbur edilməsi cəhdlərinin uğursuz olduğunu vurğulayıb.

Rusiyanın Vyanadakı daimi nümayəndəsi Mixail Ulyanov da ətrafdakı vəziyyətin kritik həddə çatdığını bəyan edib.

"Rosatom"un baş direktoru Aleksey Lixaçev məsələnin sentyabrın 14-də Vyanada başlayacaq Beynəlxalq Atom Enerjisi Agentliyinin konfransında müzakirəyə çıxarılacağını açıqlayıb.

Mələksima Əhmədova