Qlobal Fakt-Yoxlama Şəbəkəsinin (GFCN) prezidenti Vladimir Tabak bildirib ki, Müstəqil Dövlətlər Birliyi (MDB), Asiya və Latın Amerikası dövlətləri faktların yoxlanılması sahəsində əməkdaşlığa böyük maraq göstərirlər.
Postxronika.az xəbər verir ki, "Dialogue about Fakes 4.0" forumu ərəfəsində danışan assosiasiya rəhbəri qurumun Asiya-Sakit Okean Xəbər Agentlikləri Təşkilatı (OANA) ilə inteqrasiya istiqamətində sıx iş apardığını qeyd edib.
Onun sözlərinə görə, ideoloji liderliyə can atmadıqlarını və bu sahə ilə maraqlanan tərəfləri birləşdirməyə çalışdıqlarını vurğulayan təşkilat rəsmisi mövzunun aktuallaşdıqca marağın daha da artacağını bildirib.
Xatırladaq ki, dezinformasiya ilə mübarizə məqsədilə yaradılan şəbəkəyə artıq 55 ölkədən 125-dən çox jurnalist qoşulub.
Beynəlxalq miqyaslı tədbir isə cari il sentyabrın 22-də Moskvadakı Rusiya Milli Mərkəzində baş tutacaq.
Mələksima Əhmədova