Böyük Britaniyanın keçmiş Baş naziri Boris Conson və Avropanın yüksək səviyyəli təhlükəsizlik rəsmiləri oradan keçdikdən qısa süre sonra Rusiya PUA-sı Ukrayna-Polşa sərhədi yaxınlığında qatarın lokomotivini hədəf alıb. Hadisə zamanı xəsarət alan olmasa da, zərbədən 15 dəqiqə əvvəl sərnişinlərin operativ təxliyəsi həyata keçirilib.

"Postxronika.az" BBC-yə istinadən xəbər verir ki, Ukrayna dövlət dəmir yolu şirkəti "Ukrzaliznytsia" diplomatik qatarın zərbədən yayınmasını cədvəldəki təcili dəyişikliklə izah edərək hücumun əsas hədəfinin elə xarici nümayəndə heyəti ola biləcəyini bəyan edib. Hadisə anında yaxınlıqdakı stansiyada olan MKİ-nin keçmiş rəhbəri Devid Petreus bu addımı mülki əhalini qorxutmağa yönəlmiş vəhşilik kimi qiymətləndirib.

Eyni zamanda, bu insidentdən sonra cəbhəyə yaxın və sərhədyanı dəmir yolu xətlərində təhlükəsizlik rejiminin maksimum səviyyəyə qaldırılması qərara alınıb. Beynəlxalq diplomatik missiyaların hərəkət marşrutlarının gizliliyini təmin etmək üçün əlavə konvoy və hava hücumundan müdafiə dəstəyi cəlb olunur. Baş verən hücum Avropa dövlətləri tərəfindən kəskin pislənərək rəsmi Moskvaya qarşı yeni sanksiya paketlərinin müzakirəsini sürətləndirib. Hücumun fəsadlarının aradan qaldırılması və zədələnmiş infrastrukturun bərpası üçün ərazidə xüsusi briqadalar çalışır. Analitiklər hesab edirlər ki, strateji nəqliyyat qovşaqlarının vurulması regionda gərginliyi daha da artıracaq.

Rəşad Hüseynov