İsveçdə keçirilən ümumi parlament seçkilərində səslərin sayılması davam edərkən solçu blokun az fərqlə irəlidə olması qalibin adını hələ ki qeyri-müəyyən qoyur. Səslərin 94 faizindən çoxu hesablandıqdan sonra Sosial Demokratların lideri Maqdalena Anderssonun rəhbərlik etdiyi düşərgə rəqiblərinə nisbətən 3 mandatlıq üstünlük əldə edib.

"Postxronika.az" BBC-yə istinadən xəbər verir ki, hazırkı mühafizəkar Baş nazir Ulf Kristersson nəticələrin hələ də açıq qaldığını bildirərək hökumətin gələcək taleyinin yekun bülletenlərdən asılı olacağını vurğulayıb. İfrat sağçı "İsveç Demokratları" partiyasının dəstəyinə arxalanan sağçı koalisiya 173 mandata qarşı 176 mandat toplayan solçu bloka uduzsa da, rəsmi mənbələr qalibi elan etməyə tələsmirlər.

Bu gərgin seçki marfonu ölkədə gələcək koalisiya hökumətinin formalaşdırılması prosesini xeyli mürəkkəbləşdirə bilər. Analitiklər bildirirlər ki, yekun nəticələrin tam dəqiqləşdirilməsi üçün xaricdən gələn və poçt vasitəsilə göndərilən səslərin sayılması həlledici rol oynayacaq. Siyasi qeyri-müəyyənlik fondunda partiya liderləri arasında mümkün ittifaqlar üzrə pərdəarxası məsləhətləşmələrin artıq başladığı bildirilir. Parlamentdə güclü müxalifətin formalaşması ehtimalı isə yeni hökumətin daxili və xarici siyasət kursuna ciddi təsir göstərəcək. Yekun qərarın yaxın günlərdə Seçki Komissiyası tərəfindən rəsmən açıqlanacağı gözlənilir.

Rəşad Hüseynov