ABŞ Prezidenti Donald Trampın Ukraynanı Rusiyanın mülki infrastrukturuna zərbələri dayandırmağa çağırması Moskvanın gündəmində əsas məsələlərdən biri olub.

Postxronika.az TASS-a istinadən xəbər verir ki , bunu Kremlin sözçüsü Dmitri Peskov açıqlayıb.

Peskov bildirib ki, Moskva Kiyevin mülki iqtisadi infrastruktura hücumları dayandırılması ilə bağlı istənilən çağırışı alqışlayır. O qeyd edib ki, Rusiya belə təşəbbüsləri yalnız müsbət qarşılayır.

Bundan əlavə, Peskov Rusiya Prezidenti Vladimir Putinin Hindistana səfərdən bazar günü axşam Moskvaya qayıtdığını və bu gün Novqorod vilayətinin qubernatoru Aleksandr Dronovla görüş keçirdiyini bildirib.

Nuray Qafarzadə