Finlandiya Fransanın Avropada nüvə çəkindirməsinin genişləndirilməsini nəzərdə tutan “Forward Deterrence” layihəsinə qoşulmaq qərarına gəlib.
Postxronika.az TASS- a istinadən xəbər verir ki, bu barədə Fransa və Finlandiya liderlərinin Yelisey sarayında yayımlanan birgə bəyanatında bildirilib.
Bəyanatda qeyd olunub ki, qərar hər iki ölkənin beynəlxalq öhdəliklərinə uyğundur və Avropanın təhlükəsizliyi üçün mühüm addımdır. Finlandiya xarici işlər naziri Elina Valtonen daha əvvəl Fransanın nüvə “çətirinin” Avropaya genişləndirilməsinin müzakirəsində maraqlı olduqlarını açıqlamışdı. Bununla belə, Helsinki ölkədə nüvə silahı yerləşdirməyi planlaşdırmır. Fransa Prezidenti Emmanuel Makronun irəli sürdüyü layihə tərəfdaş ölkələrlə birgə hərbi təlimlərin keçirilməsini və Fransanın strateji qüvvələrinin elementlərinin Avropanın digər dövlətlərində yerləşdirilməsini nəzərdə tutur.
Nuray Qafarzadə