ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenskini Rusiyanın dizel yanacağı infrastrukturuna hücumları dayandırmağa çağırıb.

Postxronika.az Reuters-ə istinadən xəbər verir ki, Tramp bu hücumların yanacaq qıtlığına səbəb olduğunu və bunun bütün dünyaya zərər vurduğunu bildirib.

Son aylarda Ukraynanın Rusiya neft emalı zavodlarına uzaqmənzilli dron hücumları ölkədə yanacaq istehsalının azalmasına və benzin çatışmazlığına səbəb olub. Kiyev isə Rusiyanın enerji infrastrukturunu legitim hərbi hədəf hesab edir. Tramp Rusiyada dizel yanacağı ilə bağlı problemlərin Rusiya-Ukrayna müharibəsi ilə əlaqəli olduğunu deyib. ABŞ-da dizelin orta qiyməti də sentyabrın 11-də ilk dəfə bir qallon üçün 6 dolları ötüb.

Nuray Qafarzadə