Ukrayna ordusunun son 24 saat ərzində cəbhənin müxtəlif istiqamətlərində gedən döyüşlərdə təxminən 1375 hərbçisini itirdiyi bildirilib.

Postxronika.az TASS-a istinadən xəbər verir ki , bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, “Şimal” qoşun qrupunun məsuliyyət zonasında 200, “Qərb” istiqamətində 215, “Cənub”da isə 170-ə yaxın ukraynalı hərbçi həlak olub. “Mərkəz” qrupunun bölgəsində Ukrayna tərəfinin itkilərinin 460-dan çox olduğu qeyd edilib. Həmçinin “Şərq” istiqamətində 290, “Dnepr” qrupunun məsuliyyət zonasında isə 40-a yaxın hərbçinin itirildiyi bildirilib.

Nuray Qafarzadə