Vaşinqtondakı Con F. Kennedi adına İfaçılıq Sənəti Mərkəzinin İdarə Heyəti kompleksin fəaliyyətini davam etdirib-etdirməyəcəyi ilə bağlı səsvermə keçirməyə hazırlaşır. Prezident Donald Tramp tərəfindən təyin edilmiş idarəçilər mərkəzin gələcəyinin binanın üzərində dövlət başçısının adının həkk olunmasından asılı olduğunu bildirirlər.

"Postxronika.az" Reuters-ə istinadən xəbər verir ki, daha əvvəl məkanın adına Ağ Ev rəhbərinin ismi əlavə edilsə də, federal məhkəmə yalnız Konqresin ad dəyişikliyi edə biləcəyi qərarını verərək onu ləğv etmişdi. Bu cəhd dövlət başçısının ABŞ paytaxtında Şərq Qanadının yerində ziyafət zalı və zəfər tağı kimi obyektlər ucaltmaq planlarının bir hissəsidir.

Eyni zamanda, mədəniyyət xadimləri və hüquqşünaslar bu addımın ölkənin tarixi irsinə qarşı hörmətsizlik olduğunu vurğulayırlar. Qanunvericilərin reaksiyası fonunda mərkəzin taleyi ilə bağlı siyasi debatların daha da kəskinləşəcəyi proqnozlaşdırılır.

Rəşad Hüseynov