Rusiya Energetika naziri Sergey Tsivilyov ölkəsinin qlobal enerji təhlükəsizliyinin təminatçısı olaraq qaldığını və dünya enerji təchizatı zəncirindən kənarlaşdırıla bilməyəcəyini bildirib.

Postxronika.az TASS-a  istinadən xəbər verir ki, nazir bunu ABŞ-ın Texas ştatının Hyuston şəhərində keçirilən G20 enerji nazirlərinin toplantısı ərəfəsində deyib. Tsivilyovun sözlərinə görə, Rusiyanın neft və qaz ehtiyatları təxminən 60 milyard ton neft ekvivalentinə çatır ki, bu da dünya üzrə ümumi ehtiyatların 14 faizidir. O, həmçinin ölkənin kömür ehtiyatlarına görə dünyada beşinci, mayeləşdirilmiş təbii qaz istehsalına görə isə dördüncü yerdə olduğunu qeyd edib. Nazir Rusiyanın LNG istehsalını və Asiya-Sakit okean regionuna ixrac imkanlarını genişləndirdiyini vurğulayıb. Tsivilyov əlavə edib ki, Rusiya nüvə texnologiyaları sahəsində də aparıcı mövqeyini qoruyur.

Nuray Qafarzadə