"OpenAI" şirkətinin rəhbəri Sem Altman texnologiyanın sürətli inkişafı fonunda ictimaiyyətin narahatlıqlarını haqlı sayaraq, Sİ şirkətlərinin məsuliyyətli addımlar atacağına inanmalı olduqlarını bildirib. San-Fransiskoda keçirilən konfransda çıxış edən icraçı direktor təhlükəsizlik məsələlərini texnoloji imkanlardan üstün tutacaqlarını, ehtiyac yarandıqda isə prosesi yavaşıdacaqlarını vurğulayıb.
"Postxronika.az" BBC-yə istinadən xəbər verir ki, bu açıqlamalar Sİ-nin insanlıq üçün ekzistensial təhlükə yarada biləcəyinə dair ekspert xəbərdarlıqlarından və "Anthropic" rəhbəri Dario Amodeinin tənzimləmə çağırışlarından sonraya təsadüf edir. Altman sənayenin özünütənzimləmə imkanlarına güvəndiyini ifadə etsə də, siyasətçilər bu yanaşmaya şübhə ilə yanaşırlar.
ABŞ-da çıxış edən senator Berni Sanders və digər siyasi xadimlər gələcəyi müəyyən edən kritik qərarların yalnız texnologiya nəhənglərinin öhdəsinə bırakılmamalı olduğunu deyirlər. Onlar tənzimləmə səlahiyyətlərinin texnoloji oliqarxların əlindən alınaraq dövlət və cəmiyyətin nəzarətinə verilməsinin vacibliyini müdafiə edirlər.
Rəşad Hüseynov