Oman Dəniz Təhlükəsizliyi Mərkəzi Hörmüz boğazında "El Gaia" neft tankerinə edilən hücumdan sonra 23 dənizçinin xilas edildiyini, iki nəfərin isə itkin düşdüyünü bildirib. Musandam yarımadası yaxınlığında mühərrik bölməsində yanğın baş verən Panama bayraqlı gəmi çərşənbə axşamı Oman limanına yedəyə alınıb.

"Postxronika.az" BBC-yə istinafdən xəbər verir ki, İran tərəfi tankerin dəniz minasına dəydiyini iddia etsə də, ABŞ hərbçiləri bu məlumatı təkzib edərək gəminin raket və PUA ilə vurulduğunu açıqlayıblar. Eyni zamanda, İranın Karqan limanı yaxınlığında balıqçı qayıqlarının da pilotsuz uçuş aparatları ilə hədəf alındığı bildirilir.

Beynəlxalq Dənizçilik Təşkilatının məlumatına görə, regionda fevral ayından bəri qeydə alınan 79 insident nəticəsində azı 22 dənizçi həlak olub. Su yolu üzərində nəzarəti saxlamğa çalışan Tehranın alternatv cənub marşrutundan istifadə edən gəmiləri hədəf alması beynəlxalq dənizçilik üçün təhlükəsizlik böhranını dərinləşdirir.

Rəşad Hüseynov