Montana sakinləri noyabrda keçiriləcək səsvermədə şirkətlərin seçkilərə maliyyə vəsaiti ayırmasını qadağan edən təşəbbüsə münasibət bildirəcəklər.

Postxronika.az Reuters-ə istinadən xəbər verir ki, “Montana Planı” adlandırılan təşəbbüs 2010-cu il “Citizens United” qərarına birbaşa etiraz etmək əvəzinə, şirkətlərin seçkilərə xərclədiyi vəsaitlərin qarşısını almağı hədəfləyir.

Təşəbbüsə bənzər tədbirlər 30-dan çox ştatda müzakirə olunur. Montana ştatında təşəbbüsə bəzi demokrat və respublikaçı siyasətçilər dəstək versə də, ştatın Respublikaçılar Partiyası və bəzi biznes qrupları buna qarşı çıxır. Hüquq ekspertləri təşəbbüsün gələcəkdə Ali Məhkəmənin qarşısına çıxa biləcəyini bildirirlər

Nuray Qafarzadə