Almaniya Ukraynaya Patriot hava hücumundan müdafiə sistemləri üçün əlavə raketlərin göndərilməsini təmin etmək məqsədilə ABŞ-la danışıqlar aparır.

Postxronika.az TASS-a istinadən xəbər verir ki, Almaniyanın müdafiə naziri Boris Pistorius sentyabrın 15-də ABŞ-a səfər edib.

O, Pentaqon rəhbəri Pit Heqset ilə Avropa şirkətlərinə PAC-2 və PAC-3 raketləri istehsal etmək üçün ABŞ lisenziyalarının verilməsini müzakirə edəcək. Mümkün razılaşmanın Almaniyanın ehtiyatlarındakı raketlərin Ukraynaya göndərilməsinə şərait yarada biləcəyi bildirilir.

Nuray Qafarzadə