Şanxay Əməkdaşlıq Təşkilatı kosmosda silahlanma yarışının qarşısını almaq üçün beynəlxalq sənəd hazırlanmasını təklif edir.
Postxronika.az TASS-a istinadən xəbər verir ki, bunu təşkilatın baş katibi Nurlan Yermekbayev Pekin Syanşan Forumunda deyib.
Onun sözlərinə görə, sənəd hüquqi baxımdan məcburi olmalı və kosmosun hərbiləşdirilməsinin qarşısını almalıdır. Yermekbayev həmçinin informasiya-kommunikasiya texnologiyalarından məsuliyyətli istifadə və süni intellektin təhlükəsizliyinin təmin edilməsinin vacibliyini vurğulayıb.
Nuray Qafarzadə