Liderlik etdiyi büronun fəaliyyəti barədə ABŞ Senatında çıxış edən FTB direktoru Kaş Patel heyvanlarla cinsi əlaqənin avtomatik diskvalifikasiya səbəbi olmaqdan çıxarıldığını bəyan edib. Qurum rəhbəri bu addımın insan alveri qurbanlarının zorla cəlb edildiyi hallarda cəzalandırılmaması məqsədilə atıldığını iddia edib.

"Postxronika.az" Reuters-ə istinadən xəbər verir ki, senatorların kəskin sualları ilə üzləşən direktor işə qəbul standartlarına edilən düzəlişin əslində məcburi halları əhatə etdiyini bildirsə də, qanunvericilər bu qərarı təəccüblə qarşılayıblar. Senatın Ədliyyə Komitəsində keçirilən gərgin dinləmələrdə xüsusilə respublikaçı üzvlər belə bir şərtin ümumiyyətlə yumşaldılmasının səbəblərinə dair izahat tələb ediblər.

Dörd saatdan çox davam edən iclasda FTB rəhbəri, həmçinin Ceffri Epşteyn işi üzrə sənədlərin idarə olunması və qurumun siyasiləşdirilməsi ilə bağlı ittihamlarla da qarşılaşıb. Bununla belə, dinləmələrin ən çox müzakirə olunan mövzusu məhz təhlükəsizlik agentliyinin kadr seçimi meyarlarına gətirilən gözlənilməz yenilik olub.

Rəşad Hüseynov