Federal Ehtiyatlar Sistemi (FED) artan qiymətlərin tempini səngitmək məqsədilə uçot dərəcəsini yekdil qərarla 3,5%-3,75% səviyyəsindən 3,75%-4%-ə qaldırıb. Borclanmanı və kreditləri bahalaşdıran bu addım, faizlərin azaldılmasını tələb edən Prezident Donald Trampın kəskin etirazına baxmayaraq qəbul olunub.

"Postxronika.az" BBC-yə istinadən xəbər verir ki, FED sədri Kevin Uorş inflyasiyanın beş ildən çoxdur hədəf göstəricisindən yüksək olduğunu bildirərək, ABŞ və İsrailin İrana qarşı müharibəsi fonunda artan yanacaq və ərzaq qiymətlərinin bütün iqtisadiyyata yayılmasının qarşısını almaq üçün bu addımı "ölçülü və məsuliyyətli" qərar adlandırıb. Elandan sonra Tramp Uorşa güvəndiyini bildirsə də, mərkəzi bankın idarə heyətini "düşmən" mövqedə olmaqda ittiham edib.

Qeyd edək ki, Demokratlar və ekspertlər Uorşun Trampın faizləri kəskin azaltmaq tələblərinə boyun əyəcəyini gözləsələr də, o, Prezidentlə müzakirələr barədə şərh verməkdən imtina edib. Mərkəzi bank xərcləmələri məhdudlaşdırmaqla qiymət sabitliyinə nail olmağı planlaşdırır, lakin bu incə balans biznes investisiyalarını təxirə salaraq iqtisadi artıma mənfi təsir göstərə bilər.

Rəşad Hüseynov