Ukrayna ordusu son 24 saat ərzində cəbhənin müxtəlif istiqamətlərində 1 345 hərbçi itirib.

Postxronika.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, “Şimal” qruplaşmasının məsuliyyət zonasında 245, “Qərb” istiqamətində 210-dan çox, “Cənub” istiqamətində isə 145-ə yaxın hərbçi itki verib. “Mərkəz” qruplaşmasının ərazisində 410-dan çox, “Şərq” istiqamətində 280-ə yaxın, “Dnepr” istiqamətində isə 55-dən çox hərbçinin öldüyü və ya yaralandığı iddia edilib.

Nuray Qafarzadə