Ukraynanın keçmiş baş naziri Nikolay Azarov Kiyevdəki hazırkı hakimiyyətin fəaliyyətinin əsasən müharibəyə yönəldiyini bildirib.
Postxronika.az TASS-a istinadən xəbər verir ki, Azarov ABŞ nümayəndələri Stiven Vitkoff və Cared Kuşnerin Moskva və Kiyevə səfərlərini şərh edərkən bu fikirləri səsləndirib.
Onun sözlərinə görə, Kiyevə dəstək verən ölkələr bu siyasətin onları hara apardığını düşünməlidirlər. Azarov qeyd edib ki, ABŞ-la təmaslarda sülhə deyil, müharibəyə yönəlmiş siyasətin nəticələri barədə suallar qaldırılmalıdır.
Nuray Qafarzadə