Rusiya Ukraynaya qarşı ballistik hücumlarda hava hücumundan müdafiə təlimləri üçün nəzərdə tutulan RM48U raketlərindən istifadəni artırıb.

Postxronika.az Reuters-ə istinadən xəbər verir ki, bu tip raketlər iyul və avqustun əvvəlində Ukraynaya atılan 228 ballistik və hipersəs raketinin yarıdan çoxunu təşkil edib. Ukraynalı hərbi analitiklərin məlumatına görə, RM48U raketləri əsas zərbə silahlarından daha az dəqiqdir. Məlumatlar Rusiyanın yay aylarında əsas zərbə raketlərinin ehtiyatlarını tükətmədən hücumların miqyasını genişləndirdiyini göstərir.

Nuray Qafarzadə