Volkswagen şirkəti Porsche markasındakı problemlər fonunda 10 milyard avro, yəni 11,5 milyard dollar həcmində birdəfəlik xərclər gözlədiyini açıqlayıb.
Postxronika.az Reuters-ə istinadən xəbər verir ki, bu vəziyyət dünyanın ikinci ən böyük avtomobil istehsalçısının böhranını daha da dərinləşdirib.
Şirkətin bildirdiyinə görə, Porsche ABŞ tarifləri və Çində xarici lüks avtomobillərə tələbatın azalmasından ciddi təsirlənib. Volkswagen iki həftə əvvəl restrukturizasiya planı çərçivəsində daha 50 min iş yerinin ixtisarı və bəzi zavodların bağlanması imkanını nəzərdə tutan razılaşma əldə edib. Şirkət həm ABŞ, həm də Çin bazarlarında baş verən dəyişikliklər fonunda təzyiqlə üzləşib.
Nuray Qafarzadə