ABŞ Prezidenti Donald Tramp ABŞ, Danimarka və Qrenlandiyanın adanın təhlükəsizliyi ilə bağlı razılaşma əldə etdiyini açıqlayıb.

Postxronika.az TASS-a istinadən xəbər verir ki, Tramp razılaşmanın Vaşinqtona Qrenlandiyanın təhlükəsizliyi üzərində daimi nəzarət imkanı verdiyini bildirib.

Onun sözlərinə görə, ABŞ razılaşma çərçivəsində Qrenlandiyada hərbi mövcudluğunu genişləndirməyə başlayacaq. Tramp qeyd edib ki, Vaşinqton adada yeni hərbi obyektlərin yaradılması prosesini dərhal işə salacaq. ABŞ prezidentinin sözlərinə görə, bu işlər Qrenlandiya sakinləri ilə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək.

Nuray Qafarzadə