Rusiyada 18-20 sentyabr tarixlərində keçirilən Dövlət Dumasına seçkilərin ikinci günündə rəsmi qurumlar ölkə miqyasında səsvermə infrastrukturu və rabitə xətlərinə kütləvi kiberhücumların təşkil olunduğunu bəyan ediblər. Mərkəzi Seçki Komissiyası və Rəqəmsal İnkişaf Nazirliyi xüsusilə Moskva şəhərindəki onlayn səsvermə platformasına və Uzaq Şərq bölgəsindəki rabitə şəbəkələrinə yönələn təxribat cəhdlərinin qarşısının uğurla alındığını bildiriblər.
"Postxronika.az" BBC-yə istinadən xəbər verir ki, Ukraynadakı hərbi əməliyyatlar fonunda keçirilən və ictimai dəstəyin sınağı hesab olunan bu səsvermədə hakim "Vahid Rusiya" partiyasının öz mövqelərini qoruyub saxlayacağı gözlənilir. Seçkilər ərəfəsində müharibə əleyhinə olan namizədlərin böyük əksəriyyəti mübarizədən kənarlaşdırılsa da, "Yabloko" partiyasının bəzi nümayəndələri birmandatlı dairələrdə yarışmağa davam edirlər.
Prezident Vladimir Putin səsvermə prosesinə müdaxilə cəhdlərində Ukraynanı ittiham edib. MSK-nın son məlumatlarına görə, şənbə günü günorta saatlarına olan seçici fəallığı 32,58 faizə çatıb.
Rəşad Hüseynov