Rusiyada Dövlət Dumasına keçirilən seçkilərdə seçici fəallığı 59,32 faiz təşkil edib və 62,6 milyondan çox vətəndaş səs verib.
Postxronika.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova məlumat verib.
Onun sözlərinə görə, elektron səsvermədə iştirak göstəricisi 90,88 faiz olub və 3,65 milyondan çox seçici onlayn səs verib. Pamfilova seçkilərin xarici təhdidlərin və müxtəlif çağırışların səviyyəsinə görə görünməmiş xarakter daşıdığını bildirib.
O, fövqəladə şəraitə baxmayaraq, seçkilərin əsas prioritetinin maksimum təhlükəsizliyin təmin edilməsi olduğunu qeyd edib.
Nuray Qafarzadə