Birləşmiş Ştatların və Çinin yüksəksəviyyəli nümayəndələri milli təhlükəsizliyə təsir edə biləcək süni intellekt insidentlərinin qarşısını almaq üçün yeni məlumatlandırma mexanizminin yaradılmasını müzakirə ediblər. ABŞ-ın Maliyyə naziri Skott Bessent Nyu-Yorkda Çin Baş nazirinin müavini He Lifenq ilə keçirdiyi görüşdən sonra verdiyi açıqlamada dünyanın iki aparıcı süni intellekt gücü arasında qeyri-şəffaflıqdan şəffaflığa keçidin müstəsna əhəmiyyət daşıdığını bildirib.

"Postxronika.az" BBC-yə istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp və Çin Lideri Si Tszinpinin Vaşinqton sammiti ərəfəsində tutuşdurulan bu danışıqlarda ticarət rüsumlarının azaldılmasını müəyyən edəcək xüsusi şuranın yaradılması planları da nəzərdən keçirilib. Çinin "Xinhua" agentliyi tərəflərin ticarət və texnologiya məsələləri üzrə səmimi, əhatəli və konstruktiv fikir mübadiləsi apardıqlarını təsdiqləyib.

Tədqiqatçıların və sənaye nümayəndələrinin süni intellektin risklərinə dair xəbərdarlıqlarına baxmayaraq, Vaşinqton bu sahədə Pekin qarşısında liderliyi əldən verməmək niyyətindədir. Noyabrın 10-da başa çatacaq gömrük atəşkəsi fonunda baş tutan bu təmaslar iki supergüc arasında həm texnoloji rəqabəti, həm də strateji iqtisadi maraqları tənzimləmək məqsədi daşıyır.

Rəşad Hüseynov